27 Sentyabr 2017 16:53
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəyin bahasına olursa-olsun, İraq ordusunun bölgəyə girməsinə icazə verilməyəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kərkükün kürd valisi Nəcməddin Kərim deyib:

“İraq ordusuna bölgədə ehtiyac yoxdur. Bizə öz qüvvələrimiz olan peşmərgə və təhlükəsizlik işçilərimiz bəs edir”.

Qeyd edək ki, İraqın Baş naziri Heydər İbadi parlamentdə çıxışı zamanı Kərkükə qoşun yeridilməsini tapşırıb. O bildirib ki, kürd referendumu ləğv edilməlidir: “Bundan sonra konstitusiya çərçivəsində dialoq başlamalıdır. Peşmərgə isə Kərkükdən geri çəkilməlidir”.


Müəllif: Samir

Oxşar xəbərlər