Türkiyə, Rusiya və İranın “təhlükəsizlik zonası” elan etdiyi Suriyanın İdlib şəhərində partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində azı 28 nəfər həlak olub, çox sayda dinc sakin yaralanıb.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.