2011-ci ildə öldürülən “Əl-Qaidə” lideri Usama Bin Ladenin müsadirə edilən kompüterindəki sənədlər yayımlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi məlumat yayıb.
Kompüterdəki 470 min sənəd arasında “Tom və Ceri” cizgi filmindən tutmuş, pornoqrafiya, edam videoları və şəxsi fotolara qədər bir çox materiallar var.
Məlumatlara görə, bəzi sənədlər milli təhlükəsizlik səbəbindən yayımlanmayıb.