Türkiyədə qeyri-adi hadisə baş verib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Ankarada müharibə əlilləri Müzəffət Oqtay və İbrahim Qızılqaş 4 nəfər tərəfindən vəhşicəsinə döyülüb.
Qaziləri döyənlər onların avtomobildə olan yaxınlarına da hücum çəkiblər. Nəticədə 7 nəfər xəstəxanaya düşüb. Onlardan biri uşaqdır.
Hadisəyə səbəb şosedə avtomobillərin bir-birinə yol verməməsi olub. Əvvəlcə qazilərlə ticarət avtomobilinin sürücüsü arasında mübahisə yaranıb. Bundan sonra 4 nəfər qaziləri döyməyə başlayıb. Əlillərin ayaqları işləmədiyi səbəbindən müqavimət göstərə bilməyiblər.
Avtomobildə olan əlilllərin ailə üzvləri olan qadınlar tərəfləri ayırmaq istəyəndə onlar da hücuma məruz qalıb.
Qazilərin vəkili Mustafa Səud Aksu bəyan edib ki, onlar hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı layiqli cavab verəcəyinə ümid edirlər.
Vəkil Türkiyə dövlətini və xalqını müdafiə edərək terrorla mübarizədə əlil olan qazilərə qarşı bu hərəkəti vandalizm adlandırıb.