Vyetnamın mərkəzi hissəsini cənginə alan "Damri" tayfunu nəticəsində ölənlərin sayı artıb.
Teleqraf.com xəbər verir ki, bazar günündən etibarən başlanan təbii fəlakət nəticəsində 106 nəfər həyatını itirib.
Məlumata görə, hadisə zamanı daha 25 nəfər itkin sayılır, 200-ə yaxın yaralı var.
Qeyd edək ki, noyabrın 6-11 arasında Vyetnamda Asiya-Sakit okean əməkdaşlıq təşkilatının sammiti keçirilir. Putin və Tarmpın da iştirak edəcəyi sammitin qrafikində təbii fəlakətlə bağlı dəyişiklik edilməyib.