ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında Vyetnamda planlaşdırılan görüş təxirə salınıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.
O bildirib ki, görüşün təxirə salınmasına səbəb Trampın iş qrafikinin gərgin olmasıdır.