11 Noyabr 2017 21:14
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şimalında İŞİD terror təşkilatı yaraqlıları tərəfindən qətlə yetirilmiş təqribən 400 nəfərin meyitinin olduğu kütləvi məzarlıq aşkar edilib.

Bu barədə şənbə günü ölkənin güc strukturlarındakı mənbələrə istinadən "Al Baghdadia News" portalı məlumat yayıb.

Bildirilir ki, meyit qalıqları Kərkük yaxınlığında yerləşən Əl-Huveycə şəhəri ərazisində tapılıb.

Məzarlıq əvvəllər Amerika hərbçiləri tərəfindən istifadə olunmuş, 2014-cü ilin yayında isə İraqın geniş işğalı zamanı terrorçular tərəfindən ələ keçirilmiş baza ərazisində yerləşir./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər