15 Noyabr 2017 10:26
2 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsindəki anormal hadisələrə və iqlim dəyişikliyinə səbəb ABŞ-ın dünyanın müxtəlif yerlərində ionosferin təhqiqi üçün yerləşdirdiyi sistemlərdir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu fizika üzrə amerikalı alim Mitio Kaku deyib.

O bildirib ki, ABŞ hava məlumatlarını idarə etmək üçün xüsusi aparatlardan istifadə edir. Bu isə dünyada qasırğa və zəlzələlərin çoxalmasına səbəb olub.

Mitio Kakunun bu fikirlərini amerikalı fizik Castin Prays da təsdiqləyib. Onun fikrincə, ABŞ iqlim silahından istifadə etməklə çox uzaqlara gedib. Ona görə də hazırda insanlığı böyük təhlükələr gözləyir.

Bu arada, bu günə kimi gizlin saxlanılan iqlimin idarə edilməsi ilə bağlı məsələ ABŞ Konqresində müzakirəyə çıxarılıb. Müzakirələr zamanı Yer kürəsindəki iqlimin idarə edilməsindəki problemlərdən danışılıb. İclasda müzakirələrdən heç bir nəticə əldə edilməyib.


Müəllif: Samir

Oxşar xəbərlər