23 sentyabr və 31 oktyabr tarixlərindən sonra bu dəfə 19 noyabr 2017-ci ildə Niburu planetininYer kürəsinə fəlakətlər gətirəcəyi iddiası irəli sürülüb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, iddiaya görə, bu tarixdə dünyada çaxnaşmalar yaranacaq, fəlakət baş verəcək ki, bu da faktiki olaraq qiyamətin başlanması deməkdir.
Günəş orbitində bir dəfə firlanmasının 3 min 600 ilə başa gəldiyi iddia olunan X Niburu planeti son zamanlarda əsas gündəm mövzusuna çevrilib.
Mütəxəssis və müəllif kimi tanınan Terral Croftin bildirib ki, qlobal seysmiki fəaliyyət 2017-ci ilin dekabr ayının başlamasından iki həftə əvvəl baş verəcək. Hətta son zamanlar bir çox ölkələrdəki zəlzələləri də qiyamətə bağlamaq iddiaları mövcuddur.
David Meade adlı mütəxəssis isə qeyd edib ki, 23 sentyabrda qiyamətin qopmayacaq, sadəcə sonun başlanğıcı olacaq.
NASA Nibiru ilə bağlı proqnozların yalan olduğunu bəyan edib, bu mövzunun müzakirəsi isə davam edir.