Ankarada yaşlı kişilərin erogen zonalarına toxunaraq onları soyan dəstə həbs edilib.
Teleqraf.com xəbər verir ki, dəstənin iki qadın və bir kişi üzvü olub.
Onlar yaşlılardan ümumilikdə 8 min manata yaxın pul oğurlayıblar.
Şəbəkəyə 45 yaşlı Aygül E. rəhbərlik edib. Onun daha 7 cinayət faktına görə axtarışda olduğu bildirilib. Hər üç şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.