Fətullahçı terror təşkilatı ilə əlaqəli olan iş adamı Məmduh Çıxmaz Sudandan Türkiyəyə ekstradisiya edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin "Hürriyət" qəzeti məlumat verib.
Bildirilib ki, Çıxmaz təşkilatının "Maliyyə kassası" kimi tanınırdı.
Əməliyyatı Türkiyə Milli İstihbarat Təşkilatı və Sudan təhlükəsizlik orqanları birgə həyata keçirib. Məlumatlarda 2016-cı ilin yanvarında Sudana gələn Çıxmazın Ankaranın müraciəti ilə 2 ay öncə qaldığı evdə saxlanıldığı bildirilib.