28 Noyabr 2017 11:29
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qara cümə” günü ABŞ-da 200 mindən çox silah satılıb. Bu fakt dünyada ciddi çaşqınlığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, “Qara cümə” günü odlu silahlar da daxil olmaqla bütün məhsullar istehlakçılara endirimlə təklif edilib.

ABŞ-da hesab edirlər ki, həmin gün silah alışı 1998-ci ildən bu yana rekord səviyyəyə çatıb.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBİ) məlumatına görə, “Qara cümə”də onlayn silah satanlara 203 min 866 sorğu ünvanlanıb.

Bu rəqəm 2015-ci ildə 185 min 345, 2016-cı ildə isə 185 min 713 olub. Alış-veriş edən hər kəsə bir neçə silah almaq imkanı verilir deyə ehtimal edilir ki, bu dəfə 203 min 286-dan da çox silah satılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər