29 Noyabr 2017 00:12
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Time İnc” şirkətini ABŞ-ın media nəhəngi “Meredith Crop” 1,84 milyard dollara alacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, “Time” dərgisinin ödəniləcək borclarla birlikdə dəyəri 2,8 milyard dollardır.
Anlaşmaya görə, iki ildə 400-500 milyon dollar ödəniləcək.

Milyarder mühafizəkar Koc qardaşları da bu anlaşmanı dəstəkləyib.

“Meredith Crop” Şirkəti bazar günü verdiyi açıqlamada qeyd edib ki, “Time”, “People”, “Sports Illsutrated” və “Fortune” kimi nəşrlərin daxil olduğu “Time İnc” media quruluşunun satın alınması işləri 2018-ci ilin ilk 3 ayında başa çatdıracaq.

Qeyd edək ki, bu iki media şirkətinin birləşəcəyi yeni media quruluşunun 135 milyonluq oxucu kütləsi və 60 milyonluq tirajı olacaq. Bu birləşmə “Meredith Crop” Şirkətinin digital media tərəfini də gücləndirərək ABŞ-dakı aylıq ziyarətçi sayını 170 milyona qaldıra biləcək.

Dünyanın zənginləri sırasında yer alan “Koch Industries” Şirkətinin sahibi olan Koc qardaşlarının “Time” anlaşmasında yer alması satınalmalarda önəmli bir dəyərə sahib olduğunu ifadə edir.


Müəllif: Cavad

Oxşar xəbərlər