1 Avqust 2014 11:45
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti respublikaçıları dilə tutur

ABŞ prezidenti Barak Obama bildirib ki, müxalifətçi respublikaçılar Konqressdə onunla əməkdaşlıq etsələr, təsərrüfat işlərində onlara yardım etməyə hazırdır.

Məlumata görə, Ağ Evdə federal sektorda maaşların qaldırılması haqqında fərmanı imzalayan zaman çıxış edən Amerika prezidentinin sözləri gülüş doğurub.

"Hər dəfə fəhlə ailələrinə kömək məsələsində konqres mənimlə əməkdaşlıq etmək istəyəndə, mən hazır olacam. Qapım açıqdır. Bundan başqa, mənim özüm onların evinə gedib itlərini gəzdirəcəm, maşınlarını yuyacam",- deyə Barak Obama vurğulayıb.

Hazırda, müxalifətçi Respublikaçılar Partiyası Barak Obamanı məhkəməyə verib. Onların iddiasına görə, Obama səhiyyə sahəsində islahatlar apararkən öz səlahiyyətindən sui-istifadə edir. Obamanın son qərarına görə, illik gəliri 90 min dolları ötməyən ailələr pulsuz müalicə olunacaqlar və onların müalicə xərcləri dövlət tərəfindən çəkiləcək. Bu isə sırf kapitalizm tərəfdarı olan Respublikaçılar Partiyasını narazı salıb.


Müəllif:

Oxşar xəbərlər