Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenkonun içki düşgünlüyündən danışıb.
Teleqraf.com xəbər verir ki, o, bununla bağlı "NyusVan" telekanalına müsahibəsində fikir bildirib.
Saakaşvilinin sözlərinə görə, Poroenko italyan və fransız çaxırlarını çox sevir:
"Mən də pivə içməyi çox sevirəm. Ancaq onun qədər spirtli içki qəbul edə bilmərəm. Qeyd etmək istəyirəm ki, Poroşenko içkili vəziyyətdə heç bir qərar qəbul etmir. O, Ukrayna əleyhinə olan qərarların hamısını ağlı başında olan vaxt verib".