5 Dekabr 2017 10:09
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə naziri Nurəddin Caniklinin oğlunun toyunda nikah şahidi olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nazirin oğlu Furkan Canikli ilə Rabia Tunanın toyu Ankaradakı otellərdən birində baş tutub.

Türkiyə tarixində ilk dəfə Ankara mütfisi Məhmət Sönməzoğlu nikahı kəsib.

Mərasimdə Türkiyənin Baş naziri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və digər rəsmi şəxslər iştirak edib.


Müəllif: Samir

Oxşar xəbərlər