5 Dekabr 2017 16:14
8 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:07

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili polisi intihar edəcəyi ilə hədələyir.

Teleqraf.com-un məlumatına görə, hazırda polis M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparır.

Sabiq qubernator isə etiraz əlaməti olaraq 8 mərtəbəli binanın damına doğru qaçmaqla polisi özünü öldürəcəyi ilə hədələyir.

***

Saat 11:50

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin evində axtarışı Ukrayna Baş Prokurorluğunun və Təhlükəsizlik Xidmətinin əməkdaşları aparır.

Bu məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanski deyib.

Bu arada, Saakaşvilinin evindəki axtarışların səbəbləri məlum olub. Axtarış işləri sabiq prezidentin Ukrayna hökumətinə qarşı təşkil etdiyi mitinqlərin maliyyələşdirilməsi ilə bağlıdır.

Məlumatlara görə, axtarışla bağlı xəbər tutan Saakaşvili tərəfdarları onun evini mühasirəyə alıblar.

Mənzildə olan polislər Saakaşvilinin vəkili Ruslan Çernolutsku içəri buraxmayıblar.

Binanın damından özünü atacağını bildirən Saakaşvili isə Ukraynanın hazırki prezidenti Petro Poroşenkonu “oğru” adlandırıb.

***

11:57

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili həbs edilib.

Bununla bağlı Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko məlumat verib. Məlumatı Saakaşvilinin vəkili də təsdiq edib.

***

12:48

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı irəli sürülən ittiham açıqlanıb.

Məlumatlara görə, Saakaşviliyə qarşı Ukraynada dövlət çevrilişinə cəhd, bundan başqa, cinayətkar təşkilatların iştirakçılarına kömək və onların cinayətkar fəaliyyətinin gizlədilməsi ittihamları irəli sürülüb.

Bu arada, Saakaşvilinin tərəfdarları onun polislər tərəfindən saxlanılaraq mindirildiyi avtomobilin qarşısında canlı barikadalar qurublar. Məlumatlara görə, hadisə zamanı polis havaya atəş açıb. Təhlükəsizlik xidməti ilə Saakaşvili tərəfdarları arasında baş verən toqquşmalarda çox sayda yaralanan və saxlanılanların olduğu deyilir.

***

15:44

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarları tərəfindən azad edilib.

Məlumatalra görə, etirazçılar əvvəlcə Saakaşvilinin saxlandığı avtobusun şüşəsini sındırıblar. Daha sonra isə onlar güclə sabiq prezidenti avtomobildən çıxarıblar.

***

16:03

Tərəfdarları tərəfindən azad edilən Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna xalqına müraciət edib:

“Mən bütün ukraynalıları meydana çıxmağa çağırıram. Biz dinc yolla Poroşenko və onun dəstəsindən qurtulmalıyıq. Heç nədən qorxmayıb, onlar bizdən qorxmalıdır. Onlar bizdən qaçmalıdır.

Saakaşvili onun haqqında səslənən iddiaları yalan adlandırıb.

***

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasının binasına gəlib.

Jurnalistlərə açıqlama verən Saakaşvili parlamentdə Ukrayna Prezidenti Petro Poroşenkonun impiçmentini tələb edəcəyini bildirib. Sabiq prezidentin tərəfdarları Ali Radanın girişini mühasirəyə alıblar.

Bu arada, Ukrayna Baş Prokurorluğu Saakaşvilinin itmiş sayılan pasportunu tapıb. Məlumatlara görə, pasport hazırda təhlükəsizlik işçilərindədir.


Müəllif: Samir

Oxşar xəbərlər