İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarını tənqid edən Avropa ölkələrini ikiüzlülükdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, B.Netanyahu bu açıqlama ilə Paris və Brüssel səfəri ərəfəsində çıxış edib.
O deyib ki, Avropaya ehtiram göstərməklə yanaşı bu ölkələrdən gələn ikili standartları qəbul etmək niyyətində deyil:
“Prezident Trampın tarixi açıqlamasından sonra İsrailə atılan raketlər və İsrailə qarşı deyilən sözlər oldu. Biz Avropadan bu hərəkətləri pisləyən bir açıqlama görmədik. Bu ikiüzlülüyü qəbul etməyəcəyik. Səfər zamanı İsrail haqqına həqiqətləri qorxmadan həmkarlarıma deyəcəyəm”.