Türkiyənin daxili işlər naziri Süleyman Soylu İranın daxili işlər naziri Əbdülrza Rəhmani ilə görüşmək üçün Tehrana səfər edib.
Teleqraf.com xəbər verir ki, S.Soylu Tehrana böyük nümayəndə heyəti ilə gedib.
Naziri səfərdə daxili qoşunların komandanı, general Arif Çətinin də müşayiət etməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, son dövrlər Türkiyə və İran rəsmiləri arasında ciddi danışıqlar aparılır, qarşılıqlı səfərlərin sayı həddən artıq çoxalıb. Bəzi iddialara görə, iki dövlət PKK-ya qarşı eyni anda hərbi əməliyyat keçirməyi planlaşdırır.