Yeni Kaledoniya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanların episentri Mare adasının Tadin yaşayış sahəsindən 49 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.