ABŞ Prezidenti Donald Trampın Qüds qərarına qarşı keçiriən etiraz aksiyalarında İsrail ordusunun 25 silahlı əsgəri tərəfindən tutulan 14 yaşlı yeniyetmənin taleyi ilə bağlı məlumat əldə olunub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fevzi əl-Cunidi adlı fələstinlinin Beytullahimdəki hərbi həbsxanada saxlandığı açıqlanıb.
Qeyd edək ki, yeniyetmənin 25 əsgər tərəfindən saxlanılması dünya mediasında İsrailin biabırçılığı kimi təqdim olunmuşdu.