Əfsanəvi futbolçi Dieqo Armando Maradonanın Hindistanda heykəli ucaldılıb.
Teleqraf.com xəbər verir ki, Argentina futbol geyimi formasında və əlində Dünya Kupası olan Maradonanın heykəli 3,5 metr hündürlüyündədir.
Kalküta şəhərindəki heykəlin açılışında iştirak edən futbolçu "mən futbol tanrısı deyiləm, sadəcə futbolçuyam. Burada heykəlimin ucaldılması möhtəşəm duyğudur", deyə çıxışında bildirib.
57 yaşlı futbolçu hazırda texnik direktor kimi Birləşmiş Ərəb Əmirliyinin "Əl-Fujairah" klubunda davam etdirir.