14 Dekabr 2017 19:11
2 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkədəki vergilərlə bağlı amerikalılara vəd verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prezident növbəti ilin fevralında vergilərin azaldılacağını bildirib.

Onun sözlərinə görə, seçkiqabağı vədinə əməl edəcək.

Tramp hesab edir ki, vergilərin azaldılması yeni iş yerlərinin açılmasına və əməkhaqqının qalxmasına səbəb olacaq.

O qeyd edib ki, illik 75 min dollar gəliri olan Amerika ailəsi 2 min dollardan az vergi ödəyəcək.


Müəllif: Samir