ABŞ Prezidenti Donald Trampın Qüds qərarından sonra Livan rəhbərliyi hərəkətə keçib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Livanın Xarici İşlər naziri Cibran Basil açıqlama verib.
O bildirib ki, rəsmi Beyrut Qüdsdə səfirlik açmaq fikrinə düşüb:
“Hazırda bu məsələ müzakirə edilir. Livanın Fələstindəki səfirliyi Şərqi Qüdsdə açıla bilər”.