16 Dekabr 2017 12:04
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın BMT-dəki daimi təmsilçisi, səfir Nikki Heyli Vaşinqton yaxınlığındakı Anakostia-Bollinq adlı hərbi hissədə Yəməndə husilərin Səudiyyə Ərəbistanına atdığı raketin qalıqlarını ictimaiyyətə təqdim edib.

Teleqraf.com xəbər verir ki, səfirin sözlərinə görə, bu raket qalıqları onun İranda istehsal edildiyini sübuta yetirir.

Diplomat tədbir iştirakçılarına təklif edib ki, bir anlıq İran istehsalı olan raketin Dallas aeroportuna, Paris və ya Londondakı hava limanına düşəcəyini xəyal edin.

Təqdimatda təkcə raket qalıqları deyil, eyni zamanda İran istehsalı olduğu iddia edilən “Qəsəf-1” adlı dron da nümayiş etdirilib.

Diplomat qeyd edib ki, husilərin Ər-Riyada atdığı raketin qalıqlarını sivil ölkələrin İrana təzyiqləri artırmaq məqsədilə paylaşır:

“İran və onun əməllərini dayandırmaq üçün bir koalisiya quracağımıza şahid olacaqsız. Orta Şərqdə üzərində İranın izi olmayan bir ittifaq və ya terror təşkilatı tapmaq çətindir”.


Müəllif: Cavad

Oxşar xəbərlər