Ərəb Birliyi ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarına qarşı Nazirlər Komitəsi təsis edib.
Teleqraf.com xəbər verir ki, komitənin əsas işi Trampın qərarına qarşı diplomatik və media müstəvisində mübarizə aparmaqdan ibarət olacaq.
Nazirlər Komitəsinin yaradılması təşəbbüsü Ərəb Birliyi xarici işlər nazirlərinin toplantısında irəli sürülmüşdü.