18 Dekabr 2017 18:00
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada müharibənin başa çatdığını demək hələ tezdir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd deyib:

“İŞİD terrorçularının ölkədə tam məhv edildiyini açıqlamaq real deyil. Biz hələ də müharibə şəraitində yaşayırıq. Suriyanın böyük hissəsi terrorçulardan azad edilib. Bu, böyük uğurdur. Suriyada müharibə axrıncı terrorçu məhv ediləndə başa çatacaq”.

Əsəd BMT-nin Suriya böhranının həllindəki səylərini yüksək qiymətləndirib:

“Biz BMT-nin həll prosesindəki iştirakından narahat deyilik. Bilirik ki, BMT Suriya böhranının həllini bu ölkənin suverenliyi çərçivəsində etməyə çalışır”.

Suriya prezidenti Cenevrə danışıqlarında suriyalı müxaliflərin Dəməşr rəhbərliyinə qarşı səsləndirdiyi fikirlərə də münasibət bildirib. O, bu fikirləri mənasız adlandırıb:

“Onlar öz mövqelərinə uyğun hərəkət edənləri ittiham edə bilməzlər. Ona görə də hədəf kimi Dəməşqin hazırkı rəhbərliyini seçirlər. Onların səsləndirdikləri fikirlərin bizim üçün heç bir mənası yoxdur”.


Müəllif: Samir

Oxşar xəbərlər