ABŞ prezidenti Donald Tramp ölkəsinin Milli Təhlükəsizlik strategiyasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, sənəddə Rusiya nüvə silahı ABŞ üçün "ən böyük təhdid" adlandırılıb.
"Rusiya yeni hərbi gücünə, o cümlədən ABŞ üçün mövcud təhdid olan nüvə silahına sərmayələr qoyur", - deyə sənəddə bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, Rusiyanın ambisiyalarına görə, münaqişələrin yarana biləcəyi Avrasiyada qeyri-sabit vəziyyət yaranır. "Çin və Rusiya ABŞ-ın qüdrəti, nüfuzu və maraqlarına meydan oxuyurlar. ABŞ-ın təhlükəsizliyini və çiçəklənməsini zəiflədirlər", deyə mətndə qeyd olunur.