İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricanini qəsbkar adlandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əhmədinejad onu tutduğu vəzifədən istefa verməyə çağırıb.
Sabiq prezident bildirib ki, ona və onun yaxın adamlarına irəli sürdüyü ittihamları sübut etmək üçün axund Laricaniyə verdiyi 48 saat vaxt başa çatıb:
“Məhkəmə Sisteminin rəisi ölkə konstitusiyasını ardıcıl pozduğuna, başqalarına qarşı atdığı əsassız iftira və böhtanlara, ədalətsizliyə görə səlahiyyəti olmayan legitimsiz bir qəsbkardır və tutduğu vəzifədən istefa verməlidir”.
Əhmədinejad dekabrın 17-də yaydığı bir video-çarxda ona və komandasına qarşı irəli sürdüyü ittihamları sübut etmək üçün Məhkəmə Sisteminin rəisi Sadıq Laricaniyə 48 saat vaxt vermişdi.