Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın özü də daxil olmaqla 5 rus vətəndaşını sanksiyalar siyahısına salmasına münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kadırov bununla bağlı sosial şəbəkədə fikilərini bölüşüb:
“Bu siyahıda yer almağım mənim insan haqlarını pozduğum anlamına gəlir. Yazıq amerikalılar! Kiçik, amma qürürlu Çeçenistan onlara rahat yaşamaq imkanı vermir. Özümü xüsusi insan kimi hiss edirəm. ABŞ məni bu mükafata layiq gördü. Narahat olmasınlar, hələ ABŞ torpaqlarına ayaq basmaq fikrində deyiləm”.