Fələstin lideri Mahmud Abbas BMT Baş Assambleyasının Qüdsü İsrailin paytaxtı kimi tanımamasına dair qəbul etdiyi qətnaməni qələbə kimi qiymətləndirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Mahmud Abbas səsvermənin nəticəsinin Fələstin üçün zəfər olduğunu qeyd edib.
Qeyd edək ki, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. 128 dövlət sənədin lehinə, 9 - əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb.