Şimali Koreya lideri Kim Çen İnin nənəsi Kim Çen Sukun yüz illik yubileyi ölkədə təmtəraqlı şəkildə qeyd edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, minlərlə insan Pxenyanın mərkəzi meydanına toplaşaraq, Çen Sukun xatirəsini anıblar.
Qeyd edək ki, Suk Şimali Koreyanın ilk lideri Kim İr Senin ilk həyat yoldaşı olub.