Suriyada bitmək bilməyən müharibə ilə bağlı ABŞ-dan sensasion bir açıqlama verilib.
Teleqraf.com xəbər verir ki, ABŞ liderliyində qurulan koalisiyanın sözçüsü bəyan edib ki, Suriya hökumətinə bağlı olan ərazilərdə əməliyyatlar keçirməyi nəzərdə tutmurlar.
ABŞ və Ərəb mediasında yayılan xəbərlərə görə, ABŞ liderliyində qurulan koalisiyanın sözçüsü “Biz Rusiya ilə ola biləcək qarşıdurmaların önünə keçməkdə davam edirik. Amma Əsədin idarə və nəzarət etdiyi ərazilərdə əməliyyatları davam etdirmək kimi məqsədimiz yoxdur”, - ifadələrini işlədib.
Xatırladaq ki, Rusiya və Amerika 2015-ci ildə “qırmızı xətt” müəyyən edərək tərəflər arasında yarana biləcək silahlı qarşıdurmaların baş verməməsi üçün tədbirlər görməyi razılaşdırıb.