Yaponiya hökuməti Koreya yarımadasında mümkün müharibənin perspektivlərinin araşdırılmasına başlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Kiodo agentliyi məlumat yayıb.
Nəşr bildirib ki, məsələ ölkənin Baş naziri Sindzo Abenin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Xidmətinin iclasında müzakirəyə çıxarılıb.
Məlumatlara görə, Yaponiya müharibə başladığı zaman kollektiv təhlükəizlik müxanizminin yaradılması və ABŞ-dan hərbi yardımının alınması hüququnu qazanıb.
Bundan başqa, Kiodo rəhbərliyi müharibə ilə bağlı 4 ssenari üzərində işləyir. Bunlar Şimali və Cənubi Koreya arasında müharibənin başlanması zamanı hərəkət, ABŞ-ın Şimali Koreyanı məhv edəcək zərbənin endirilməsi, Cənubi Koreya ordusunun KXDR-ə hərbi müaxiləsi və Yaponiyanın Pxenyana raket zərbəsi ssenariləridir.
Qeyd edək ki, son günlər Koreya yarımadasında vəziyyət olduqca gərgindir. ABŞ bütün dünya ölkələrini Pxenyana qarşı ciddi addımlar atmağa çağırıb. Buna cavab olaraq, KXDR bir neçə dəfə ballistik raket sınağı həyata keçirib.