3 Yanvar 2018 12:23
6 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş təyyarəçisi tanınmış MUFON ufoloji mərkəzinə müraciət edərək 37 illik sirrin üstünü açıb.

Teleqraf.com xəbər verir ki, təyyarəçi bu qədər zamanda susmasının səbəbini karyerasını və eləcə də həyatını itirəcəyindən qorxması ilə izah edib. Təyyarəçi hətta 37 il sonra da təşkilatın əməkdaşlarından əsil adının gizli qalmasını xahiş edib.

O deyib ki, UNO-lar və yadplanetlilər haqda sirləri yayan insanlar təqib edilir. Onunsa övladları var və o, övladlarına zərər toxunmasını istəmir. Bununla belə o, müəmmalı aparatla görüşü haqda daha susa bilmədiyini deyib. Üstəlik son vaxtlar Pentaqon özü də UNO-ların öyrənilməsi ilə bağlı bəzi gizli proqramları haqda açıq məlumat verməyə başlayıb.

Keçmiş təyyarəçi öz xitmədi ərzində bir neçə dəfə belə qeyri-adi situasiyalrla qarşılaşdığını dilə gətirib:

“Coynt Beys Çarlston HHQ bazasında qulluq etdiyim zaman C141 təyyarəsində uçurduq. Bu vaxt göyərtə radarı bizimlə paralel hərəkət edən qəribə obyekti qeydə aldı.

Ekipajımız dərhal yerdəki dispetçer xidmətinə məlumat verdi. Xidmətdən də eyni şeyi müşahidə etdiklərini bildirdilər. Sonradan dispetçerlər hər şeyi radarlardan siliblər.

C-141-in növbəti uçuşu zamanı hər şey yenidən təkrar olundu, ancaq bu dəfə Atlantik okeanı üzərində uçurduq. Yenidən yerə məlumat verdik. Yenə aşağıdan da həmin UNO-nun müşahdə edildiyini bildirdilər. Ancaq bu dəfə dispetçer xidmətindən hadisə ilə bağlı hesabat tərtib etməyimizi təklif etdilər. Lakin bu dəfə biz öz karyeramızı riskə atmaq istəmədik”.

Qeyd edək ki, hazırda MUFON eks-pilotun açıqlamasından sonra verilən məlumatları araşdırmaqla, faktları tutuşdurmaqla məşğuldur ki, ola bilsin, bundan sonra təşkilat pilotun hansısa başqa söylədiklərini də dərc etsin.


Müəllif: Alpər

Oxşar xəbərlər