4 Yanvar 2018 00:59
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın qızı İvanka ölkənin ilk qadın prezidenti olmaq niyyətindədir.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə jurnalist Maykl Vulf özünün "Od və qəzəb: Trampın Ağ evində" kitabında yazıb.

Kitabın bəzi hissələrini çap edən "Nyu York Maqazin" jurnalı yazır ki, İvanka onun Tpampın müşaviri olan əri Cared Kuşner Prezident Administrasiyasında mövqe tutmaq, gələcəkdə bundan yararlanaraq İvankanın prezident olmasına çalışmaq barədə razılığa gəliblər.

"Cütlük öz aralarında bu qərara gəliblər ki, gələcəkdə imkan yaranarsa, İvanka prezidentliyə namizəd olacaq", - Vulf yazır. Həmçinin qeyd olunur ki, ABŞ-ın ilk qadın prezidenti Hillari Klinton deyil, İvanka Tramp olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər