Polşanın paytaxtı Varşavada 14 yaşlı Türkiyə vətəndaşı polyak millətçilərin hücumuna məruz qalıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, irqçilərin hücumu nəticəsində yaralanan qızcığazı atası xəstəxanaya çatdırıb. Hazırda hadisə ilə bağlı istintaq aparılır, hücum edən şəxs hələ ki, saxlanılmayıb.
Polşa prezidenti Mateusz Moravieski sosial mediada sözügedən hadisəyə reaksiya verib. O, Polşada irqçiliyə yer olmadığını bəyan edib. Azyaşlı qıza qarşı hücumu pisləyən prezident Polşanın hər kəs üçün təhlükəsiz olmasından ötrü əlindən gələni edəcəyini bildirib.
Polşanın Daxili İşlər naziri Mariusz Blaszak da hadisəyə sərt təpki göstərib. O, hadisənin araşdırılması üçün təhlükəsizlik orqanlarına lazımi təlimat verdiyini qeyd edib.
Xatırladaq ki, son vaxtlar Polşada millətçilərin hücumlarının sayı artıb. Ötən ilin noyabrında İslam Mədəniyyət Mərkəzinə hücum olmuş, mərkəzin şüşələri qırılmışdı. Əvvəllər isə mərkəzin qapısına donuz başı asan silahlılar mərkəzin binasını atəşə tutmuşdu.