Səudiyyə Ərəbistanında daha 11 şahzadə həbs edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Röyter məlumat yayıb.
Onların kral sarayı önündə etiraz aksiyası planlaşdırdığı üçün həbs edildiyi deyilir.
Qeyd edək ki, noyabrın 5-də aralarında 11 şahzadənin də olduğu 38 nəfər korrupsiya ittihamı ilə həbs edilib.