4,5 min nəfərə yaxın belçikalı dünən Yeni illin başlanması ilə əlaqədar Şimal dənizində çimiblər.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, onları 10 minə yaxın tamaşaçı izləyib.
8 dərəcə temperaturu olan suda çimən belçikalılar daha sonra qızınmaq üçün çimərlikdə rəqs ediblər. Ardınca onlar bu hadisəni qeyd etmək üçün yaxınları ilə birlikdə kafe və restoranlara gediblər.