9 Yanvar 2018 22:46
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “SpeysX” şirkətinin buraxdığı “Falkon 9” raketinə quraşdırılmış casus peyk itib.

Teleqraf.com “Val Strit Jurnal”a istinadla xəbər verir ki, rəsmilər ABŞ adından buraxılan və məqsədi gizlədilən “Zuma” adlı peykin missiyasının uğursuz başa çatdığını bəyan ediblər.

“Falkon 9” raketinə quraşdırılmış casus aparatı raketin üst hissəsindən ayrılaraq orbitə çıxa bilməyib. Rəsmilər “Zuma”nın yerə geri qayıdacağını ehtimal edirlər.

Casus peykin milyard dollar dəyərində olduğu bildirilir.


Müəllif: Kəmalə

Oxşar xəbərlər