ABŞ-ın Nyu York şəhərində yüzlərlə insan küçələrə axın edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar miqrantların ölkədən qovulması və ABŞ-a buraxılmamasına qarşı etirazlarını bildiriblər.
Aksiya zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib. 18 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 8 ölkə vətəndaşının ölkədən çıxarmaqla bağlı qanun layihəsi hazırlayır.