17 Yanvar 2018 11:55
3 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın PYD silahlılarına göndərdiyi yardımlar Suriyanın daxili işləri ilə əlaqəlidir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Noyert deyib.

O bildirib ki, əsas məqsəd İŞİD terror təşkilatının məhv edilməsidir.

Türkiyənin PYD ilə bağlı açıqlamalarına münasibət bildirən Noyertin sözlərinə görə, Ankara vacib və dəyərli NATO müttəfiqidir.

Qeyd edək ki, ABŞ-ın PYD silahlılarından Suriyada “yeni ordu” yaratması planı Türkiyə tərəfindən kəskin etirazla qarşılanıb.


Müəllif: Samir

Oxşar xəbərlər