19 Yanvar 2018 01:35
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya ABŞ-ın Fələstinə edəcəyi 65 milyon dollarlıq yardımın təxirə salmasından dərhal sonra Birləşmiş Millətlər Təşkilatının(BMT) fələstinli qaçqınlara yardım komitəsinə (UNRVA) 13 milyon avro köçürəcəyini bəyan edib.

Hollandiyanın Xarici ticarət, əməkdaşlıq və inkişaf naziri Siqrid Kaaq UNRVA-nın maliyyə çətinliyinə görə təşkilata təcili olaraq 13 milyonluq yardım göstəriləcəyini deyib: “BMT UNRVA-nın tarixin ən böyük maliyyə böhranını yaşadığını bəyan edib. İnsanlar, xüsusilə uşaqlar bu situasiyadan ziyan çəkə bilər. Bölgədəki stabilliyin daha da təhlükə altına düşmə riski var. Birləşmiş Millətlər Təşkilatı fələstinli qaçqınlara yardım komitəsinin rolunu inkar etmək olmaz”.

Xatırladaq ki, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert ABŞ-ın yenidən gözdən keçirmək üçün Fələstinə veriləcək 65 milyon dollarlıq yardımı dayandırdığını bəyan etmişdi.


Müəllif: Kəmalə

Oxşar xəbərlər