Katoliklərin dini lideri Papa Fransisk Çili səfəri zamanı təyyarədə iki ekpiaj üzvünün nikahını kəsib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla Papa bir ilkə imza atıb.
Belə ki, buna qədər Roma papalarından heç biri belə bir addım atmamışdı.
Məlumatlara görə, gənclərin nikah bağlamaq istədiyi kilsə 2010-cu ildə 8,8 bal gücündə zəlzələ zamanı dağılıb.
Papa nikah mərasimindən sonra cütlüyə bahalı hədiyyələr də verib.