ABŞ-da hökumətin fəaliyyətin dayandırıldığı üçün prezident Donald Trampın Davosda keçirilən beynəlxalq iqtisadi foruma səfəri sual altındadır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib.
S.Sanders vurğulayıb ki, hazırda əsas məqsədləri hökumətin işini təmin etməkdir.
Xatırladaq ki, yanvarın 20-ə keçən gecə ABŞ-da maliyyələşmənin kəsilməsi üzündən federal hökumət fəaliyyətini dayandırıb.