Rusiyanın ciddi bir təhdid olduğunu düşünürəm. Biz rus ordusunun arxasında qalmışıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri İngiltərə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sir Nik Karter deyib.
Onun fikrincə, Suriya müharibəsində rus ordusu həm savaş prosesindən keçib, həm də uzun mənzilli raketləri sınaqdan çıxarıb:
“Əgər yaxın gələcəkdə özümüzü ruslarla eyni səviyyəyə gətirməsək, İngiltərənin önləyici hücum və təhdidlərə cavab qabiliyyəti eroziyaya uğrayacaq. Rusiya gözləniləndən daha qısa müddətə düşmənçilik ixrac edə bilər”.