26 Yanvar 2018 09:06
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər siz bu təbiət hadisəsi haqda eşitməmisinizsə, qeyd edək ki, ilk dəfə bu fenomen haqda 1985-ci ildə İsveçrə Federal Texnologiya İnstitunun alimi Atsumu Ohmura məlumat verib.

Telqraf.com xəbər verir ki, alimin dediyinə görə, Yer kürəsi yavaş-yavaş qaranlıqlaşmaya doğru gedir. Belə ki, yaxın 30 ildə Günəş işığının həcmi təqribən 10 faiz azalacaq. Atsumu Ohmura 1989-cu ildə bu məsələ ilə bağlı öz müşhaidələrini dərc etdirəndən sonra onun bu mövzuda tək adam olmadığı üzə çıxıb.

Artıq 90-cı illərdə xeyli alim günəş işığının həcminin azaldığını qeyd edib ki, bu da özünü ilk növbədə Arktika və Antarktikada göstərib, İrlandiya əhalisi isə bu fenomeni ötən yüzilliyin sonundan müşahidə etməyə başlayıblar.

2007-ci ildə İsrail alimləri problemlə bağlı bütün baxışları bir yerə toplayıb, faktın doğru olmasıyla bağlı yekun qərara gələndən, Yer kürəsini gerçəkdən belə bir qorxulu hadisənin, bəşəriyyəti isə sağlamlıqla bağlı təhlükəli problemlərin gözlədiyini təsdiq edəndən sonra söhbət müəyyən qədər səngidi. İsrail araşdırmaçıları məşhur hava haqqında məlumat kanalı Weather Channel-in yaradıcısı Con Koulmanla faktın ictimailəşdirilməsi haqda razılığa gəldilər.

Lakin Con vədinə əməl edə bilmədi. Çünki o, qəfildən dünyasını dəyişdi. Konspiroloqlar onun öz əcəli ilə deyil, insanları vahiməyə salmaması üçün məqsədli şəkildə öldürülməsi fikrini irəli sürdülər.

Hadisənin üstündən 10 il ötüb. Artıq bu haqda hamı açıq-açığına danışır və faktları geniş ictimaiyyətdən gizləmək mümkün deyil. Məsələn, bu il Belçikada gün işığı 10 saatdan azca artıq olub ki, onun da meteoroloqlar yalnız 1887-ci ilin ən qaranlıq qış ayı ilə müqayisə oluna biləcəyini etiraf ediblər.

Brüsseldə isə məsələ daha tünddür: hətta ən günəşli fransız şəhərləri Bordo və Marseldə dekabrda orta statistik 100 saat işıq normasına qarşı 10 və 26 saat işıqlanma olub. Moskvalılar isə 2017-ci ilin son ayında cəmi 6 dəqiqə Günəş görüblər, bu rəqəm uzaq 1985-ci ildə 18 dəqiqə olub. Moskva üçün bu kədərli faktı Möskva Dövlət Universitetinin meteoroloji şöbəsindən Roman Vilfond belə şərh edib:

“Bu, bizim bütün meteoroloji müşahidələrimiz tarixində ən qaranlıq ay olub ki, bu müddətdə moskvalılar əhval-ruhiyyənin kəskin korlanmasını, uzunmüddətli depressiya hiss etməyə başlayıblar. “Moskovski komsomoleç” isə bu ayda psixiatrların qəbuluna axın olması haqda məlumat dərc edib”.


Müəllif: Alpər

Oxşar xəbərlər