Cənubi Koreyanın Milyan şəhərindəki xəstəxanada güclü yanğın baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nəticədə 41 nəfər həlak olub, 79 nəfər yanıq xəsarətləri alıb.
Olay zamanı xəstəxanada 100 nəfər olub. Yanğın xəstəxananın birinci mərtəbəsindən başlayıb.
Faciə ilə əlaqədar Cənubi Koreya Prezidenti Mun Çje İn fövqəladə iclas çağırıb.
Hadisənin səbəbləri məlum deyil.