Sakaryada işləyən həkim Dursun Bostançı Türkiyə hökumətinə müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, müraciətində Afrin əməliyyatlarında yaralı əsgərləri müalicə etmək üçün həmin bölgəyə getmək istədiyini açıqlayıb:
“İki mәhmәtciyin yarasını sarısam, həyatını xilas etsəm, çox xoşbəxt olaram”.
Mәhmәtciyin həmin həkimə cavabı gecikməyib. Türkiyəli əsgər tankdan açılan atəşi Bostançıya həsr edib və ona təşəkkürünü bildirib.