ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellen istefa verib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Bloomberq” agentliyi məlumat yayıb.
71 yaşlı Yellen 14 ildir bu sistemdə çalışır. Həmin müddətin 4 ilində FED rəhbəri olub. Yellenin yeni işi Brukinqs İnstitutunda olacaq.
Onu bu gündən 64 yaşlı Cared Pauel əvəz edəcək.